Almaniyada köhnəlmiş külək turbinləri gücləndiriləcək

AZƏRBAYCAN KÜLƏK

5 noyabr 2023 15:40 (UTC+4)
image

Berlində yerləşən enerji startapı "NeXtWind" köhnəlmiş külək turbinlərinin yenidən gücləndirilməsinə və Almaniyanın enerji təchizatının yenidən müəyyənləşdirilməsinə yönəlmiş dayanıqlı enerji həlləri üçün 750 milyon dollar sərmayə alıb.

Renewables.az-ın xarici mətbuata istinadən məlumatına görə, enerji startapı Almaniyada davamlı enerji həlləri ilə bağlı öhdəliklərini genişləndirəcək və "Almaniyanın əsasən köhnəlmiş külək turbinlərini yenidən gücləndirəcək".

Startap PSP Investments, IMCO və Sandbrook Capital-dan 750 milyon dollar investisiya alıb. 

Qeyd edək ki, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) məlumatına görə, ölkədə külək enerjisinin qoyuluş gücü 66 QVt-dan çoxdur və Almaniya bu göstərici ilə Avropada birincidir. Ölkədə fəaliyyətdə olan 15 min turbinin 15 il və daha artıq istismarda olduğu bildirilir.

OXŞAR XƏBƏRLƏR