Avrokomissar: "Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişafı üçün mühüm potensiala malikdir"

AZƏRBAYCAN

5 fevral 2022 21:39 (UTC+4)
image

Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişafı üçün mühüm potensiala malikdir.

"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu Avropa İttifaqının  energetika məsələləri üzrə komissarı Kadri Simson "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci toplantısının yekunları ilə bağlı mətbuat konfransında deyib.

"Bu görüş Azərbaycanla əməkdaşlığımızı fəallaşdırmağın müzakirəsi üçün yaxşı imkan oldu. Azərbaycan Aİ-nin strateji və etibarlı enerji tərəfdaşıdır", - deyə o bildirib.

O əlavə edib ki, bugünkü danışıqların gedişatından layihə çərçivəsində infrastrukturun genişləndirilməsi, karbon qazı və metan tullantılarının azaldılması məsələləri müzakirə olunub.


 

OXŞAR XƏBƏRLƏR