Azərbaycanda “yaşıl enerji” layihələrinə dəstək verilməsi müzakirə olunub
AZƏRBAYCAN
7 sentyabr 2021 • 13:01 (UTC+4)
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu və Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi arasında görüş keçirilib.
Məlumata görə, görüşdə sahibkarlıq subyektləri arasında alternativ enerjidən istifadənin təşviqi, bərpaolunan enerji sahəsində sənaye həcmli layihələr və fəal istehlakçıların dəstəklənməsi məqsədilə maliyyə mexanizmlərinin formalaşdırılması imkanları, “yaşıl enerji” layihələrinin həyata keçirilməsinə birgə dəstək göstərilməsi və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Sahibkarlıq subyektlərinin alternativ enerji yönümlü layihələrinin dəstəklənməsi Sahibkarlığın İnkişafı Fondunun 2021-ci il üzrə güzəştli kreditlərin verilməsində prioritet istiqamətlərindən biri kimi müəyyən olunub.