Azərbaycanda energetika sahəsi üzrə fəaliyyət növləri müəyyənləşir

AZƏRBAYCAN

18 sentyabr 2023 12:42 (UTC+4)
image

Azərbaycanda energetika sahəsində 10 fəaliyyət növü olacaq.

Renewables.az-ın “Report”a istinadən xəbərinə görə, bu, Milli Məclisə daxil olmuş "Energetika haqqında" yeni qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, həmin fəaliyyət növləri aşağıdakılardır:

- enerji resurslarının kəşfiyyatı;

- enerji resurslarının işlənməsi və hasilatı;

- enerji resurslarının emalı;

- enerjinin istehsalı;

- enerjinin saxlanılması;

- enerjinin nəqli (ötürülməsi);

- enerjinin paylanması;

- enerjinin idxalı və ixracı;

- enerjinin topdan və (və ya) pərakəndə satışı;

- təbii qaz və elektrik enerjisi bazarlarının fəaliyyətinin təşkili.

OXŞAR XƏBƏRLƏR