Azərbaycanda su elektrik stansiyalarının enerji istehsalı azalıb

AZƏRBAYCAN HİDRO

14 iyul 2023 12:11 (UTC+4)
image

Bu ilin birinci yarımilində ölkənin su elektrik stansiyalarından elektrik enerjisi istehsalı 891,0 mln. kVt-saat təşkil edib.

Renewables.az Energetika Nazirliyinin yaydığı operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 79,6 mln. kVt-saat və ya 8,3 faiz azdır.

OXŞAR XƏBƏRLƏR