Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında bərpa olunan enerji, elektrik şəbəkələrinin inkişafı, enerji səmərəliliyi və yaşıl enerji dəhlizləri üzrə investisiya və texnoloji əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edilib.
Renewables.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, bu barədə müzakirələr Brüsseldə Aİ-nin enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenlə Azərbaycan-Aİ Təmiz Enerji üzrə Dəyirmi Masası çərçivəsində Avropa biznes dairələri ilə görüşdə aparılıb.
P. Şahbazov qeyd edib ki, "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" də daxil olmaqla yeni enerji bağlantıları vasitəsilə Xəzər regionu və Mərkəzi Asiyanın yaşıl enerji potensialının Avropa bazarlarına çıxarılması, eləcə də Azərbaycan-Aİ strateji enerji tərəfdaşlığının daha da möhkəmləndirilməsi istiqamətində Avropa şirkətlərini bu layihələrdə fəal iştiraka dəvət edilib.