Renewables.az yaşıl enerji sektorunda işəgötürənlərlə peşəkarları bir araya gətirir

2 oktyabr 2026, 11:25 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Foto: Sİ ilə hazırlanıb

Azərbaycanın ilk və tək ixtisaslaşmış bərpa olunan enerji portalı Renewables.az sektorun peşəkarları və işəgötürənləri arasında əlaqənin gücləndirilməsi, eləcə də yeni iş və karyera imkanlarının əlçatanlığının artırılması məqsədilə "Vakansiyalar / Jobs" bölməsini istifadəyə verib.

Yeni bölmə vasitəsilə şirkətlər mövcud iş imkanlarını təqdim edə, peşəkarlar və işaxtaranlar yeni iş və karyera imkanlarını daha rahat şəkildə tapa bilərlər.

Bərpa olunan enerji sektoru üzrə mövcud vakansiyaları VAKANSİYALAR bölməsinə daxil olaraq, “Vakansiya əlavə et” seçimini etməklə və tələb olunan məlumatları dolduraraq təqdim etmək mümkündür.

Təqdim edilən vakansiyaların sektora uyğunluğu yoxlanıldıqdan və təsdiqləndikdən sonra portalda yayımlanır.

Yeni bölmənin istifadəyə verilməsi ilə şirkətlər vakansiyalarını sektorun uyğun auditoriyasına çatdırmaq, işaxtaranlar isə yaşıl enerji sahəsində mövcud iş və karyera imkanlarını bir platformada izləmək imkanı əldə edirlər.