Azərbaycanda 2028-ci ildən növbəti bərpa olunan enerji hərraclarının keçirilməsi planlaşdırılır.
Renewables.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov III Milli Rəqabət Forumunda çıxışında deyib.
Nazir bərpa olunan enerji layihələrində rəqabətli hərrac mexanizmlərinin əhəmiyyətini vurğulayaraq, Azərbaycanın ilk bərpa olunan enerji hərracının qalibi tərəfindən inşa edilən 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyasının istifadəyə verildiyini, 2028-ci ildən növbəti hərracların keçirilməsinin planlaşdırıldığını bildirib.