BOEMDA "Offshore Wind Türkiye" tədbirində iştirak edib

14 Oktyabr 2026, 17:11 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Foto: Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi

Türkiyənin İstanbul şəhərində “Offshore Wind Türkiye 2026” tədbiri keçirilib. Tədbirdə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyev çıxış edib.

Renewables.az-a bu barədə BOEMDA-dan məlumat verilib.

Çıxış zamanı Azərbaycanın bərpa olunan enerji sahəsində həyata keçirdiyi fəaliyyətlər, Xəzər dənizinin Azərbaycan sektorunda mövcud olan dənizdə külək enerjisi potensialı, bu sahənin inkişafına dair yol xəritəsi və gələcək perspektivlər barədə məlumat verilib.

Qeyd olunub ki, Xəzər dənizinin Azərbaycan sektorunda dənizdə külək enerjisinin texniki potensialı 157 GVt təşkil edir. Bu potensialın səmərəli qiymətləndirilməsi, investisiyaların cəlb edilməsi və müvafiq infrastrukturun inkişafı Azərbaycanın enerji keçidi və yaşıl enerji ixracı hədəfləri baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbir çərçivəsində, həmçinin Azərbaycan və Türkiyə arasında dənizdə külək enerjisi sahəsində əməkdaşlıq imkanları, texniki təcrübə mübadiləsi, birgə layihələrin inkişafı və regional yaşıl enerji dəhlizlərinin perspektivləri diqqətə çatdırılıb.

Azərbaycanın bərpa olunan enerji potensialından istifadənin reallaşdırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ölkənin dayanıqlı enerji inkişafı strategiyasının əsas istiqamətlərindəndir.

Renewables.az