Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin "Bərpa Olunan Güc Statistikası 2021" DƏRC OLUNUB

HESABATLAR

6 aprel 2021 13:15 (UTC+4)
image

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) "Bərpa Olunan Güc Statistikası 2021" (Renewable Capacity Statistics 2021) hesabatı dərc olunub.

Hesabata əsasən, 2020-ci ildə dünya üzrə bərpa olunan enerji mənbələrinin qoyuluş gücü 2019-cu illə müqayisədə təxminən 260 qeqavat artaraq 2 799 qeqavata çatıb. 

Mənbələr üzrə nəzər yetirdikdə, 2019-cu illə müqayisədə 2020-ci ildə:

  • hidroenerjinin qoyuluş gücü 21 qeqavat artaraq 1 332 qeqavata, həmçinin bərpa olunan hidroenerji 1 211 qeqavata;
  • külək enerjisi 111 qeqavat artaraq 734 qeqavata, həmçinin quruda külək enerjisi 105 qeqavat artaraq 699 qeqavata; dənizdə (offshore) külək enerjisi 6 qeqavat artaraq 35 qeqavata;
  • günəş enerjisi 127 qeqavat artaraq 714 qeqavata, həmçinin günəş fotovoltaik 126 qeqavat artaraq 707 qeqavata; günəş istilik 101 meqavat artaraq 6 475 meqavata;
  • bioenerji 3 qeqavat artaraq 127 qeqavata;
  • geotermal enerji 14 qeqavata;
  • dəniz (okean) enerjisi 2 meqavat artaraq 527 meqavata çatıb.

Mənbə: IRENA - Renewable Capacity Statistics 2021

OXŞAR XƏBƏRLƏR