Britaniya səfiri energetika nazirinin müavini ilə görüşüb

AZƏRBAYCAN

2 dekabr 2021 20:08 (UTC+4)
image

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp energetika nazirinin müavini Elnur Soltanovla görüşüb.

“Berpaolunanenerji.az” xəbər verir ki, diplomat bu barədə özünün tviter hesabında yazıb.

“Elnur Soltanovla COP26-dan sonrakı addımları və azad edilmiş ərazilər də daxil olmaqla, Britaniyanın Azərbaycanda bərpa olunan enerjiyə dəstəyini müzakirə etdik”, - paylaşımda bildirilib.


 

OXŞAR XƏBƏRLƏR