Cəbrayılda 240 MVt-lıq günəş elektrik stansiyanın tikintisi üzrə araşdırma işləri davam etdirilir

AZƏRBAYCAN GÜNƏŞ YAŞIL ENERJİ ZONASI

20 oktyabr 2021 20:14 (UTC+4)
image

Bu ilin sonunadək Azərbaycanın işğaldan azad edilən torpaqlarının bütün ərazisini elektrik enerjisi ilə təmin etmək əsas hədəflərdən biridir.

"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu 1-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" ("Rebuild Karabakh") və 26-cı Azərbaycan Beynəlxalq İnşaat ("BakuBuild 2021") sərgilərinin açılışında çıxış edən energetika nazirinin müavini Elnur Soltanov deyib.

O həmçinin əlavə edib ki, beynəlxalq investorlar tərəfindən Cəbrayıl rayonunda 240 meqavatlıq günəş elektrik stansiyanın tikintisi üzrə araşdırma işləri davam etdirilir və Laçın-Kəlbəcər zonasında 100 meqavatlıq külək enerjisi ilə əlaqədar maraq sorğusu artıq investorlara göndərilib.


 

OXŞAR XƏBƏRLƏR