Ermənistan Azərbaycana məxsus enerji layihələrində iştirak edə bilər
AZƏRBAYCAN
-
19.11.2021 20:01 (UTC+04:00)
"Azərbaycanla Ermənistanla arasında sülh müqaviləsi imzalandığı halda, qonşu ölkənin enerji layihələrimizdə iştirakını istisna etmək mümkün deyil".
"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu "Report"a açıqlamasında energetika naziri Pərviz Şahbazov Ermənistanın Azərbaycana məxsus enerji layihələrində iştirak etməsi ehtimalına münasibət bildirərkən deyib.
"Azərbaycan həmişə regional əməkdaşlığın təşəbbüskarı olub", - deyə o qeyd edib.