İlham Əliyev: Ordubadda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur

AZƏRBAYCAN HİDRO YAŞIL ENERJİ ZONASI

EDITOR 12 avqust 2026, 14:43 (UTC+4)
image
Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikasının günəş potensialını və xüsusilə su potensialını nəzərə alaraq burada daha böyük işlər də görüləcəkdir.

Renewables.az Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bu sözləri dövlət başçısı İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində deyib.

"Misal üçün, gündəlikdə olan məsələlərdən biri Ordubad rayonunun Tivi kəndindəki 15 meqavatdan bir qədər çox gücdə su elektrik stansiyasının layihəsidir. Bu stansiyanın davam etdirilməsi üçün də biz vəsait ayıracağıq. Yerli investorlar qeyd etdiyim kimi, 50 meqavatlıq Günəş elektrik stansiyaları inşa edirlər. Xarici investorlar da maraq göstərirlər".

OXŞAR XƏBƏRLƏR