Məktəblilərə bərpaolunan enerji mənbələri mövzusunda master klas keçirilib – FOTO
AZƏRBAYCAN
-
29.10.2021 15:34 (UTC+04:00)
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və "Azalternativenerji" MMC-nin mütəxəssisləri tərəfindən master klas keçirilib.
Məlumata əsasən, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Bərpa Olunan Enerji mənbələrinin İnkişaf şöbəsinin müdiri Fəqan Abdurəhmanov və “Azalternativenerji” MMC-nin Monitorinq və məlumatların emalı şöbəsinin müdiri Rasim Məmmədovun iştirakı ilə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsi qalibi olan “Gənc ekologiya mühəndisləri” layihəsi çərçivəsində 62 nömrəli məktəb-liseyin şagirdləri üçün master klas təşkil edilib.
Master klasda Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin fəaliyyəti, günəş, külək, hidro və digər BOE mənbələri, o cümlədən, müxtəlif texnologiyalar vasitəsilə günəşdən enerji alınması prosesi əyani şəkildə məktəblilərə təqdim olunub.