Macarıstanla "yaşıl enerji" sahəsində əməkdaşlıqdan irəli gələn məsələlər müzakirə edilib
AZƏRBAYCAN
14 oktyabr 2021 • 19:55 (UTC+4)
Energetika naziri Pərviz Şahbazov Moskva şəhərində keçirilən “Rusiya Enerji Həftəsi” adlı Beynəlxalq Forumda iştirak edib.
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə baş tutan görüşdə iki ölkə arasında neft, qaz, “yaşıl enerji” sahələrində əməkdaşlıqdan irəli gələn məsələlər müzakirə edilib, ölkələrin enerji tənzimləyici qurumları arasında mövcud əlaqələrin inkişafına dəstək ifadə olunub.