Metsamor AES-in baş direktoru: Azərbaycanla enerji əməkdaşlığını inkişaf etdirməyi planlaşdırırıq

16 Oktyabr 2026, 15:35 (UTC+4)
REGİON • NÜVƏ ENERJİSİ
EDITOR
image
Foto: ROSCONGRESS

Ermənistan qonşu ölkələrlə - İran və Gürcüstanla, uzunmüddətli perspektivdə isə Azərbaycanla enerji əməkdaşlığını inkişaf etdirmək niyyətindədir.

Renewables.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Metsamor Atom Elektrik Stansiyasının (AES) baş direktoru Eduard Martirosyan Moskvada keçirilən 9-cu "Rusiya Enerji Həftəsi" forumunda çıxış edərkən bildirib.

"Ermənistan qonşu ölkələr - İran və Gürcüstanla, perspektivdə isə Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir", - Ermənistan mediası onun sözlərini sitat gətirir.

Qeyd edək ki, Moskvada Rusiya Enerji Həftəsi çərçivəsində keçirilən “3+3 platforması: Enerji əməkdaşlığı Cənubi Qafqazda sülh və təhlükəsizliyin dayağı kimi” dəyirmi masanın mövzuları elektrik enerjisi ticarətinin perspektivləri və region ölkələri arasında enerji strategiyalarının əlaqələndirilməsi olub.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov etibarlı enerji təchizatı üçün mövcud boru kəmərlərindən səmərəli istifadənin və regional əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Renewables.az
1 / 3