Neftçala GES layihəsi üzrə maliyyə bağlanışının baş tutmasının təsdiqi sənədi imzalanıb

14 sentyabr 2026, 20:59 (UTC+4)
ÖLKƏ GÜNƏŞ
EDITOR
image
Foto: Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti

Azərbaycan Respublikasının Energetika Nazirliyi, SOCAR və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar" (Abu Dhabi Future Energy Company) şirkəti arasında "Neftçala 315 mvt Günəş fotovoltaik layihəsi üzrə maliyyə bağlanışının baş tutmasının təsdiqi" sənədi imzalanıb.

Renewables.az Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, imzalanma Prezident İlham Əliyev və BƏƏ-nin Əbu-Dabi Əmirliyi hakiminin müavini, milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı ilə baş tutub.

Sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir imzalayıblar.

Layihənin ildə 686 milyon kilovat-saatdan çox bərpaolunan elektrik enerjisi istehsal edəcəyi gözlənilir. Bu həcm təxminən 140 min evin elektrik enerjisi ilə təmin edilməsinə kifayət edəcək, eyni zamanda hər il təxminən 280 min ton karbon emissiyasının qarşısının alınmasına imkan verəcək. 

Layihənin maliyyələşdirməsi Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Asiya İnkişaf Bankı (ADB) tərəfindən təmin edilir.

Renewables.az