Pərviz Şahbazov: "AYİB-lə bərpa olunan enerji, "Xəzər-Aİ Yaşıl Enerji dəhlizi" üzrə perspektivləri dəyərləndirdik"

AZƏRBAYCAN YAŞIL ENERJİ DƏHLİZİ

7 sentyabr 2023 16:47 (UTC+4)
image

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşüb.

Renewables.az xəbər verir ki, bu barədə P. Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir bildirib ki, birinci vitse-prezident Yurgen Riqterink ilə enerji sahəsində Azərbaycan-AYİB əməkdaşlığının inkişafına dair səmərəli müzakirələr aparılıb.

"Bankla bərpa olunan enerji, “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji dəhlizi” və Cənub Qaz Dəhlizi layihələri üzrə perspektivləri dəyərləndirdik", - nazir qeyd edib.

OXŞAR XƏBƏRLƏR