Qətər şirkəti ilə Laçın və Kəlbəcərdə külək enerjisi layihəsi üzrə əməkdaşlıq müzakirə edilib
AZƏRBAYCAN
-
21.02.2022 15:41 (UTC+04:00)
Energetika naziri Pərviz Şahbazov Qətərdə “Nebras Power” şirkətinin baş icraçı direktoru Xalid Məhəmməd Jolo ilə görüşüb.
Görüşdə Laçın və Kəlbəcər rayonları ərazisində 100 MVt-lıq gücdə külək elektrik stansiyalarının tikintisi layihələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.
Həmçinin işğaldan azad olunmuş ərazilərdə nəzərdə tutulan bərpa olunan enerji layihələri və Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialının reallaşdırılması ilə bağlı planlara dair fikir mübadiləsi aparılıb.
“Nebras Power” şirkəti ilə birgə planların Qətərlə enerji əməkdaşlığının inkişafı və enerji sektoruna investisiyaların cəlbi üçün fürsətlər yaratdığı qeyd edilib.