Suqovuşandakı KSES-lərdə indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

3 oktyabr 2026, 10:42 (UTC+4)
ÖLKƏ • HİDRO • YAŞIL ENERJİ ZONASI
EDITOR
image
Foto: Suqovuşan-2 KSES | © President.az

İstismara verildiyi tarixdən bu ilin oktyabr ayınadək "Suqovuşan-1" Kiçik Su Elektrik Stansiyasında (KSES) 34,2 milyon kVts, "Suqovuşan-2" KSES-də isə 27,4 milyon kVts elektrik enerjisi istehsal edilib.

Renewables.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinin yaradılması yaşıl enerji sahəsinin inkişafına, ətraf mühitin qorunmasına və təmiz şəhər mühitinin formalaşmasına töhfə verir.

Qeyd edək ki, 2021-ci ilin oktyabrın 3-də Tərtər çayı üzərində derivasiya tipli, qoyuluş gücü 4,8 MVt olan "Suqovuşan-1" və qoyuluş gücü 3 MVt olan "Suqovuşan-2" KSES-lərin yenidənqurmadan sonra açılışı olub.