Türkiyə şirkəti Azərbaycanda günəş elektrik stansiyası inşa edəcək

AZƏRBAYCAN GÜNƏŞ

19 avqust 2023 11:28 (UTC+4)
image

Türkiyənin "YEO Technology Energy and Industry" şirkəti Azərbaycanda günəş elektrik stansiyası layihəsinin hazırlanması və quraşdırılması üçün sifarişçi ilə müqavilə imzaladığını açıqlayıb.

Renewables.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, şirkətin açıqlamasında deyilir: "Azərbaycandakı sifarişçi ilə günəş elektrik stansiyası üçün müqavilə imzalanıb". 

Bildirilir ki, müqavilənin ümumi qiyməti 3 milyon 350 min 167,07 ABŞ dolları təşkil edir. Müqavilənin hansı qurumla imzalandığı və digər detallar açıqlanmayıb.

OXŞAR XƏBƏRLƏR