Yaponiya agentliyi Azərbaycanda elektrik enerjisi sisteminin tədqiqatı ilə bağlı hesabat açıqlayacaq

AZƏRBAYCAN

5 noyabr 2021 21:26 (UTC+4)
image

Gələn il Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) Azərbaycanda elektrik enerjisi sisteminin tədqiqatlarının yekunları ilə bağlı hesabat açıqlayacaq.

"Berpaolunanenerji.az"ın məlumatına görə, bu barədə Trend-ə JICA-dan məlumat verilib.

Agentlikdən bildiriblər ki, bugünədək tədqiqatlar COVID-19 pandemiyası ilə əlaqədar, əsasən Yaponiyadan aparılırdı:

"Bir müddət əvvəl biz Azərbaycanda birinci dəfə yerində tədqiqat apardıq. Daha bir neçə səyyar tədqiqat planlaşdırılır. Hesabatın 2022-ci ildə hazırlanması gözlənilir".


 

OXŞAR XƏBƏRLƏR