Yaşıl Enerji Dəhlizi layihəsi çərçivəsində işçi qrupunun iclası keçirilib. Bu barədə "Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti" (GECO) məlumat yayıb.
Nazir müavinlərinin iştirak etdiyi görüşdə "Qara dəniz sualtı elektrik kabeli" və "Yaşıl Enerji Dəhlizi" layihələri ilə bağlı əməkdaşlıq imkanlarının əsas istiqamətləri müzakirə olunub.
İclas zamanı GECO tərəfindən son Nazirlər Görüşündən indiyədək əldə olunmuş irəliləyişlər barədə ətraflı məlumat təqdim edilib. Eyni zamanda, bu ilin mart ayında Bakıda keçirilməsi planlaşdırılan növbəti Nazirlər Görüşünə hazırlıq çərçivəsində əsas fəaliyyət sahələri və prioritetlər müəyyənləşdirilib.
Tərəflər regional enerji əməkdaşlığının daha da gücləndirilməsinin vacibliyini vurğulayaraq, qarşıdakı dövrdə birgə səylərin davam etdirilməsinə hazır olduqlarını bildiriblər.
