Bakı və Ankara enerji sahəsində əməkdaşlığı layihələr mərhələsindən reallaşdırma mərhələsinə keçirir.
Renewables.az xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkəsində yazıb.
"Türkiyə və Azərbaycan enerji sahəsində əməkdaşlığı indi layihələr mərhələsindən reallaşdırma mərhələsinə keçirir. Naxçıvan - Türkiyə, Türkiyə - Gürcüstan - Azərbaycan - Bolqarıstan dəhlizləri və Qara dənizin altından Avropaya uzanacaq elektrik verilişi xətləri vasitəsilə biz Türk dünyasının enerji resurslarının Türkiyə üzərindən Avropaya tədarükünü təmin etməyə çalışırıq", - nazir yazıb.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazovun və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə Azərbaycan-Türkiyə V Enerji Forumu keçirilib.
Türkiye ve Azerbaycan olarak enerji alanındaki iş birliklerimizi artık projeden uygulamaya taşıyoruz.
— Alparslan Bayraktar (@aBayraktar1) September 11, 2026
Nahçıvan-Türkiye, Türkiye-Gürcistan-Azerbaycan-Bulgaristan Yeşil Enerji Koridoru ve Karadeniz’in altından Avrupa’ya uzanacak elektrik iletim hatlarıyla Türk dünyasının enerji… pic.twitter.com/DFySjHxunz