Azərbaycan Texnologiya Universitetinin (ATU) inzibati binalarından birinin üzərində 76 ədəd günəş paneli quraşdırılıb.
Renewables.az ATU-ya istinadən xəbər verir ki, hər bir panelin gücü 400 vat, sistemin ümumi gücü isə 30,4 kVt təşkil edir.
Məlumatda bildirilir ki, bu təşəbbüs regionun ali təhsil müəssisələri arasında ilkdir.