Aktiv istehlakçılar tərəfindən günəş panellərinin quraşdırılması məqsədilə 210 min manat güzəştli kredit vəsaiti ayrılıb.
Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirilib.
Məqalədə Enerji Effektivliyi Fondunun maliyyələşdirmə mexanizmləri təkmilləşdirilib, güzəştli kreditlərin verilməsi üçün 14 kredit təşkilatı ilə əməkdaşlıq müqaviləsinin imzalandığı qeyd edilir. Bununla yanaşı, enerji səmərəliliyinə yatırılan investisiyaların əldə edilən qənaət hesabına geri qaytarılmasını nəzərdə tutan ESCO modelinin tətbiqi imkanları araşdırılır.