Fəaliyyətə başladığı dövrdən bu ilin oktyabr ayınadək "Biləv" Su Elektrik Stansiyasında (SES) 672,9 mln. kVts elektrik enerjisi istehsal edilib.
Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, stansiya 5 oktyabr 2010-cu il tarixində Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda istismara verilib.
20 MVt gücündə olan "Biləv" SES Gilançay üzərində tikilib.