"Yaşıl Dəhliz Birliyi" MMC və Böyük Britaniyanın "Xlinks" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Renewables.az xəbər verir ki, sənəd Azərbaycan və Böyük Britaniya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-cı iclası çərçivəsində imzalanıb.
Anlaşma Memorandumunu "Yaşıl Dəhliz Birliyi" MMC-nin direktoru Tural Əliyev və "Xlinks" şirkətinin baş icraçı direktoru Ceyms Hamfri imzalayıb.