Naxçıvanda bərpa olunan enerji istehsalı artıb

29 sentyabr 2026, 14:49 (UTC+4)
ÖLKƏ • YAŞIL ENERJİ ZONASI
EDITOR
image

Naxçıvanda alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb.

Renewables.az Naxçıvan MR Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, cari ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında əmtəəlik elektrik enerjisi istehsalı 360 133,4 MVt-saat təşkil edərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 % artıb.

İstehsal olunan ümumi elektrik enerjisinin 59,7 %-i alternativ və bərpa olunan enerji mənbələrinin payına düşüb.

Hesabat dövründə elektrik enerjisi istehsalı istilik elektrik stansiyalarında 145 228,8 MVt-saat (-27,9 %), su elektrik stansiyalarında 175 507,1 MVt-saat (+65,9 %), günəş və külək elektrik stansiyalarında isə 39 397,5 MVt-saat (-8 %) olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə alternativ və bərpa olunan enerji mənbələrindən əldə olunan elektrik enerjisinin həcmi 44,6 % artıb.

Renewables.az