“Yeni Yaşma” Külək Elektrik Parkının istismara verilməsindən 8 il ötür.
Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, stansiyada istismara verildiyi tarixdən bu ilin oktyabrın 1-dək ümumilikdə 478,6 milyon kVts elektrik enerjisi istehsal olunub.
Qeyd edək ki, 2018-ci il oktyabrın 11-də Xızı rayonu ərazisində “Yeni Yaşma” Külək Elektrik Parkı (KEP) istismara verilib.
Ümumi qoyuluş gücü 50 MVt olan külək parkı hər birinin gücü 2,5 MVt təşkil edən 20 külək turbinindən ibarətdir.
Külək enerjisi ətraf mühitə təsirin azaldılması, təbii ehtiyatlara qənaət edilməsi və istixana qazı emissiyalarının məhdudlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyan bərpa olunan enerji mənbələrindən biridir.