"Renewables.az" "SolarEX İstanbul"un ölkə üzrə media partnyoru olub
AZƏRBAYCAN
9 yanvar 2023 • 13:46 (UTC+4)
Azərbaycanın bərpa olunan enerji sahəsi üzrə ixtisaslaşmış informasiya portalı olan "Renewables.az" "SolarEX İstanbul"un media partnyoru olub.
Əməkdaşlığa əsasən, Türkiyədə keçiriləcək 15-ci "Beynəlxalq Günəş Enerjisi və Texnologiyaları Sərgisi - SolarEX"in Azərbaycan üzrə media partnyoruluğu haqqında razılaşma əldə edilib.
Sərgi 6-8 aprel tarixlərində İstanbul şəhərində təşkil olunacaq. Tədbir haqqında ətraflı məlumat veriləcək.