Azərbaycan Prezidenti: "Bu yaxınlarda Avropaya yaşıl enerji ixrac etməyə başlayacağıq"

AZƏRBAYCAN

image

"Bu yaxınlarda Avropaya yaşıl enerji ixrac etməyə başlayacağıq".

"Renewables.az" Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu sözləri İlham Əliyev martın 8-də Latviya Prezidenti Egils Levits ilə görüşdən sonra mətbuata bəyanatında söyləyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan Avropa İttifaqı üçün enerji təchizatı sahəsində daha əhəmiyyətli tərəfdaşa çevrilir: "Biz Avropa Komissiyası tərəfindən hər zaman etibarlı tərəfdaş sayılmışıq. Bu gün biz nefti, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını, neft məhsullarını ixrac edirik. Ümid edirik ki, bu yaxınlarda yaşıl enerjini ixrac etməyə başlayacağıq”.


 



OXŞAR XƏBƏRLƏR