BMT BA-nın sessiyasının prezidenti: "Yaşıl enerji transformasiyasında aparıcı ölkəyə səfər etməkdən şadam"
AZƏRBAYCAN
2 mart 2023 • 11:09 (UTC+4)
BMT Baş Assambleyasının (BA) 77-ci sessiyasının prezidenti Tsaba Körösi Bakıya səfərə gəlib.
“Renewables.az” xəbər verir ki, bu barədə macarıstanlı diplomat tviterdə bildirib.
“Bakıda energetika naziri Pərviz Şahbazov və Azərbaycanın BMT-dəki nümayəndəsi Yaşar Əliyev tərəfindən isti qarşılandım. Azərbaycanın faktlara, məlumatlara və elmə əsaslanan ağıllı enerji keçidindən çox təsirləndim. Yaşıl enerji transformasiyasında aparıcı ölkəyə səfər etməkdən şadam”, - T. Körösi bildirib.