Kadri Simson: "Aİ Azərbaycanın bərpa olunan enerji ixracı üzrə İşçi Qrupa qatılacağına ümid edir"

AZƏRBAYCAN

3 fevral 2023 18:03 (UTC+4)
image

Avropa İttifaqı (Aİ) Azərbaycanın bərpa olunan enerji ixracı üzrə işçi qrupa qatılacağına ümid edir.

"Renewables.az" xəbər verir ki, Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson bu barədə Trend-ə özəl müsahibəsində deyib.

O, Aİ-nin Azərbaycanı EU4Energy proqramı vasitəsilə enerji keçidi üzrə cəhdlərini uzun müddətdir dəstəklədiyini, həmçinin, enerji effektivliyinə texniki yardım və investisiya ayırdığını bildirib.


 

OXŞAR XƏBƏRLƏR