Kəlbəcərdəki su elektrik stansiyalarında istehsal edilən enerjinin həcmi açıqlanıb

2 sentyabr 2026, 14:22 (UTC+4)
ÖLKƏ HİDRO YAŞIL ENERJİ ZONASI
EDITOR
image
"Yuxarı Vəng" Kiçik Su Elektrik Stansiyası | © President.az

İstismara verildiyi tarixdən bu ilin avqustun 1-dək Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən "Yuxarı Vəng" Su Elektrik Stansiyasında (SES) 60,1 milyon kVts, "Zar" Kiçik Su Elektrik Stansiyasında (KSES) isə 4,6 milyon kVts elektrik enerjisi istehsal edilib.

Renewables.az-a bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərin zəngin hidroenerji potensialı bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirməklə yanaşı, "yaşıl enerji" istehsalının artmasına, bu ərazilərdə dayanıqlı və ekoloji təmiz şəhər mühitinin formalaşmasına şərait yaradır.

Qeyd edək ki, 2024-cü ilin sentyabrın 2-də Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən 22,5 MVt-lıq "Yuxarı Vəng" SES və Zar çayı üzərində yerləşən 4,3 MVt-lıq "Zar" KSES istismara verilib.

Renewables.az