BOEMDA-nın direktor müavini Şimali Makedoniyada keçirilən tədbirdə çıxış edib

AZƏRBAYCAN

image

Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətova cari ilin 28-30 oktyabr tarixlərində Şimali Makedoniya Respublikasının Skopye şəhərində keçirilən 14-cü “Davamlı inkişaf üçün enerji” forumu çərçivəsində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), Avropa üzrə İqtisadi Komissiyası (UNECE), Latın Amerikası və Karib Dənizi üzrə İqtisadi Komissiyası (ECLAC) və Afrika üzrə İqtisadi Komissiyası (UNECA) tərəfindən birgə təşkil edilən UNDA layihəsinin yekun tədbiri – “SDG 7 Yol Xəritələri vasitəsi kimi: hazırlanmasından icrasına qədər” adlı sessiyada məruzəçi qismində iştirak edib.

BOEMDA-nın məlumatına görə, sessiya zamanı 2030-cu ilə qədər və ondan sonrakı dövrdə davamlı enerji keçidi üçün yollar mövzusunda müzakirə aparılıb.

Rəna Hümbətova sessiyada çıxışı zamanı yüksək iqtisadi, geosiyasi və iqlim qeyri-müəyyənliyi şəraitində uzunmüddətli enerji planlaşdırmasının davamlılığını və əlaqəliliyini qorumaq üçün zəruri olan əsas strategiyalarla bağlı sualı cavablandıraraq, enerji mənbələrinin diversifikasiyasının vacibliyini və neft və qaz ölkəsi olan Azərbaycanın enerji sisteminə növbəti iki il ərzində ümumi gücü təxminən 2.000 MVt olan 10 günəş və külək elektrik stansiyası inteqrasiya ediləcəyini bildirib. Bu layihələrin ümumi investisiya dəyəri 2,7 milyard ABŞ dolları təşkil edir və 2027-ci ilə qədər ölkənin quraşdırılmış gücündə bərpa olunan enerjinin payının 34 faizə çatdırılması planlaşdırılır.

Direktor müavini həmçinin elektrik şəbəkəsinin çevikliyinin artırılmasının əhəmiyyətini qeyd edərək batareya və hidrogen saxlama sistemlərinin, eləcə də “ağıllı şəbəkə” (smart grid) konseptinin tətbiqinin vacibliyini qeyd edib.

Bundan əlavə, o, yaşıl enerji dəhlizləri kimi beynəlxalq tərəfdaşlıq və əlaqəlilik layihələrinin əhəmiyyətini, eləcə də region ölkələri arasında şəbəkə planlaşdırılması və tədqiqatların genişləndirilməsinin enerji təhlükəsizliyi və dayanıqlılığın artırılmasında mühüm rol oynadığını vurğulayıb.

Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR