Azərbaycan Respublikasının Energetika Nazirliyi enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə təsərrüfat subyektlərində, həmçinin binalarda (qurğularda) enerji auditinin keçirilməsi ixtisas kateqoriyaları üzrə attestasiya elan edir.
Attestasiya təsərrüfat subyektlərində enerji auditinin keçirilməsi ixtisas kateqoriyası üzrə 06.11.2025-ci il tarixində saat 12:00-da, binalarda (qurğularda) enerji auditinin keçirilməsi ixtisas kateqoriyası üzrə isə 07.11.2025-ci il tarixində saat 12:00-da Energetika Nazirliyində təşkil ediləcək.
Həmçinin enerji auditoru ixtisas attestatını əldə etmək istəyən maraqlı şəxslərin məlumatlandırılması və prosesin təşviqi məqsədilə 03.11.2025-ci il tarixində saat 12:00-da Energetika Nazirliyində “Enerji auditi nədir? Kimlər enerji auditoru ola bilər?” mövzusunda infosessiya keçiriləcək.
Attestasiyada iştirakı təsdiq edilmiş namizədlər və namizəd qismində müraciət edəcək şəxslər əlavə məlumatları aşağıdakı mənbələrdən əldə edə bilərlər:
· Attestasiya Proqramı (təsərrüfat subyektləri üzrə)
. Attestasiya Proqramı (binalar (qurğular) üzrə)
· Bələdçi
· İxtisas Attestatının əldə edilmə qaydası
Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küç. 84, Hökumət Evi, 4-cü giriş, 9-cu mərtəbə, AZ1000
Qeyd: Namizədlər attestasiyanın keçiriləcəyi yerə 15 dəqiqə əvvəl yaxınlaşmalı və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidirlər.
Əlaqə: 598-16-53/54/55 (daxili 1057)
