"EU4Energy" layihəsi çərçivəsində media nümayəndələri üçün seminar keçirilib

AZƏRBAYCAN

image

Avropa İttifaqının "EU4Energy" layihəsinin 2-ci fazası çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) birgə təşkilatçılığı ilə 23-24 oktyabrda media nümayəndələri üçün seminar keçirilib.

Media seminarında iştirakçılara ictimaiyyətin məlumatlandırılması və enerji siyasətlərində şəffaflığın artırılmasında medianın rolu barədə geniş məlumat verilib. Yerli və beynəlxalq ekspertlər enerji sektorunun üzləşdiyi əsas çətinliklər və bu çətinlikləri aradan qaldırmaq üçün nəzərdə tutulmuş tədbirlərlə bağlı təcrübələrini iştirakçılarla bölüşüb.

Seminarın gedişində enerji tənzimlənməsinin ən vacib aspektləri, o cümlədən enerji sektorunun strukturu, tariflərin müəyyən edilməsi, xidmət keyfiyyəti və enerji səmərəliliyi üzrə araşdırmalar ilə yanaşı, Aİ-nin qabaqcıl təcrübələri nəzərdən keçirilib.

Tədbirdə həmçinin səmərəli kommunikasiyanın təmin olunması üçün enerji mütəxəssisləri, dövlət qurumları və media arasında sıx əməkdaşlığın zəruriliyi vurğulanıb. 

Seminarın sonunda media nümayəndələrinə sertifikatlar təqdim olunub. 

Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR