Milli Məclisdə "Beynəlxalq Təmiz Enerji Günü" münasibətilə tədbir keçiriləcək

AZƏRBAYCAN

image

Milli Məclisdə "Beynəlxalq Təmiz Enerji Günü" münasibətilə tədbir keçirilməsi nəzərdə tutulur. Məsələ parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2026-cı il yaz sessiyası üzrə iş planına daxil edilib.

Bundan başqa, planda "Yaşıl iqtisadiyyat"a keçiddə bərpa olunan enerjinin rolu ilə bağlı "Qaradağ" Günəş Elektrik Stansiyası ilə tanışlıq öz əksini tapıb.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) təsis edildiyi 26 yanvar tarixinin “Beynəlxalq Təmiz Enerji Günü” elan edilməsi ilə bağlı 2023-cü ilin avqustunda qətnamə qəbul edilib.



OXŞAR XƏBƏRLƏR