Cəbrayıl və Zəngilan rayonlarında icra edilmiş və ediləcək Günəş və su elektrik stansiyalarının gücü təqribən 400 meqavata çatacaq. Bu barədə Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşündə bildirib.
Prezident İlham Əliyev deyib: "O cümlədən Cəbrayıl şəhərində bu gün iki Günəş Elektrik Stansiyasının təməli qoyulacaq. Üçüncü, ən böyüyü isə artıq icra müddətindədir. Onu da bildirməliyəm ki, bu bölgənin çox gözəl kənd təsərrüfatı potensialı var. Eyni zamanda, burada Günəş enerjisi də istehsal olunacaq. Burada istehsal olunacaq Günəş enerjisi bütün bu bölgəni təmin edəcək. Çünki Cəbrayıl və Zəngilan rayonlarında icra edilmiş və ediləcək Günəş və su elektrik stansiyalarının gücü təqribən 400 meqavata çatacaq. Yəni, 400 meqavat böyük bir şəhərin tələbatını ödəyən gücdür".
