SOCAR və ABB enerji keçidini müzakirə edib

AZƏRBAYCAN

image

SOCAR-ın prezidenti Rövşən Nəcəf ABB şirkətinin Şimali Avropa üzrə baş vitse-prezidenti Tor Ove Lussand ilə görüşüb.

Renewables.az bu barədə SOCAR-a istinadən xəbər verir.

Görüşdə şirkətlər arasında enerji keçidi, rəqəmsallaşma, sənayedə innovativ texnologiyaların tətbiqi ilə resursların idarə edilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.

Qarşı tərəfə Azərbaycanda enerji sənayesinin modernləşdirilməsi, karbon emissiyalarının azaldılması, beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən yaşıl enerji layihələri barədə məlumat verilib.

Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR