Bioenerji

Bioenerji ilə bağlı bütün xəbərlərə baxın

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər planında “Bioenerji və geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi” Tədbiri üzrə imzalanmış müqaviləyə əsasən, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar Mərkəzi” tərəfindən “Bioenerjidən istifadə imkanlarının genişləndirilməsi” üzrə hesabat hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib.

2024-cü ildə “Yaşıl Enerji Zonalarında (Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan iqtisadi rayonlarında) bioenerji potensialının qiymətləndirilməsinə dair hesabat” və “Ölkə üzrə bioenerji potensialının qiymətləndirilməsi və həmin potensialdan istifadə etməklə səmərəli hesab olunan layihə istiqamətlərinin müəyyən edilməsinə dair hesabat” sənədləri hazırlanmışdır.



Yenilənib: Oktyabr 2026