Nəşrlər

Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası

Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası

“Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” ölkənin iqtisadi inkişafını davam etdirməklə istixana qazları emissiyalarının mərhələli şəkildə azaldılması, aşağıkarbonlu iqtisadiyyata keçidin təmin edilməsi və 2060-cı ilədək xalis sıfır emissiya hədəfinə nail olunması məqsədilə qəbul edilib. Strategiya bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini, enerji səmərəliliyinin artırılmasını, energetika, sənaye, nəqliyyat, kənd təsərrüfatı və digər sektorlarda dekarbonlaşma tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur. Sənəd, həmçinin Azərbaycanın Paris Sazişi çərçivəsində beynəlxalq iqlim öhdəliklərinin yerinə yetirilməsinə, yaşıl investisiyaların təşviqinə və ekoloji dayanıqlı iqtisadi inkişafın təmin olunmasına xidmət edir. Strategiya Nazirlər Kabinetinin 21 oktyabr 2026-cı il tarixli, 346 nömrəli Qərarı ilə təsdiq edilib. 2060-cı il üçün xalis sıfır emissiya hədəfi şərti xarakter daşıyır və əlavə beynəlxalq maliyyə, texnologiya transferi və investisiyaların cəlb edilməsindən asılıdır.
Azərbaycan üçün Dayanıqlı İnkişaf Məqsədi 7 üzrə Yol Xəritəsi

Azərbaycan üçün Dayanıqlı İnkişaf Məqsədi 7 üzrə Yol Xəritəsi

Yol xəritəsi Azərbaycanın enerji keçidi sahəsində uzunmüddətli baxışını əks etdirir. İcrası bir ildən artıq müddətdə aparılan layihə çərçivəsində ərsəyə gələn bu sənəd Azərbaycan Respublikasının Energetika Nazirliyi və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) sıx əməkdaşlığı ilə hazırlanıb. Sözügedən Yol Xəritəsində Azərbaycanın enerji sahəsindəki mövcud vəziyyəti təhlil edilir, gələcək imkan və çağırışlar müəyyənləşdirilir, eyni zamanda ölkənin daha dayanıqlı enerji sisteminə keçidini sürətləndirmək üçün prioritet addımlar göstərilir. Sənədin hazırlanması prosesində dövlət qurumları, beynəlxalq təşkilatlar və digər maraqlı tərəflər yaxından iştirak edib. Bu tərəfdaşlıq nəticəsində ölkənin enerji sektorunun inkişaf perspektivlərini əhatə edən geniş təhlil aparılıb və gələcək siyasət istiqamətləri müəyyənləşdirilib.
Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxışı

Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxışı

COP29 konfransı çərçivəsində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) və Hidrogen Şurasının təşkilatçılığı ilə keçirilən “Təmiz hidrogen iqtisadiyyatının təmin edilməsi və yeni təchizat zəncirlərinin inkişafı” adlı tədbirdə Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədinin təqdimatı baş tutub. Hidrogen üzrə Milli Strateji Baxış sənədi COP29 Prezidentliyi tərəfindən elan edilmiş Hidrogen Bəyannaməsinə və ölkəmiz tərəfindən həyata keçirilən yaşıl enerji dəhlizləri konsepsiyasına uyğundur və ölkəmizin hidrogendən istifadə ilə bağlı gələcək planlarını özündə əks etdirir. Sənəd EBRD-nin dəstəyi ilə "Worley Consulting" məsləhətçi şirkəti tərəfindən hazırlanıb.
Azərbaycan üzrə Aşağı Karbonlu Hidrogen İqtisadiyyatı Bazar Araşdırması

Azərbaycan üzrə Aşağı Karbonlu Hidrogen İqtisadiyyatı Bazar Araşdırması

Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə "Advisian" məsləhətçi şirkət tərəfindən "Azərbaycan üzrə Aşağı Karbonlu Hidrogen İqtisadiyyatı Bazar Araşdırması" hesabatı hazırlanıb. Bazar Araşdırmasının nəticələrində, yaşıl hidrogen istehsalının iqtisadi cəhətdən səmərəli olduğu qeyd olunub, eləcə də regional enerji bazarlarına (o cümlədən Avropa İttifaqına) ixrac edilməsi və daxili istehlakda tətbiq sahələri təklif olunub. Hesabatda gələcək addımlar, daxili bazarda yaşıl hidrogenin istehlak edilə biləcəyi sahələr (enerji və sənaye), hidrogen istehsalının maya dəyəri (LCOH), ixrac marşrutları və digər məsələlər barədə məlumat verilib. Hesabatda bildirilir ki, Azərbaycan böyük bərpa olunan enerji potensialına (quruda və dənizdə) və təbii qaz ehtiyatlarına malik olduğunu nəzərə alaraq aşağı karbonlu hidrogen iqtisadiyyatını inkişaf etdirmək üçün əlverişli mövqeyə malikdir. Bazar Araşdırmasının nəticələrinə əsasən, maya dəyəri baxımından Azərbaycanda yaşıl hidrogen istehsalı regionun başqa ölkələri ilə bu istiqamətdə rəqabət apara bilər.
Azərbaycanda fındıq dəyər zəncirində yaşıl enerji imkanları hesabatı

Azərbaycanda fındıq dəyər zəncirində yaşıl enerji imkanları hesabatı

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin Azərbaycanda fındıq dəyər zəncirində yaşıl enerji imkanları ilə bağlı hesabatın məqsədi ölkə üzrə fındıq dəyər zəncirində yaranan qalıqların bioenerjiyə çevrilmə imkanlarının dəyərləndirilməsidir. Hesabatda bioenerjiyə yararlı fındıq qalıqlarının həcmi qiymətləndirilərək müəyyən edilmiş texnologiyaların tətbiqi üçün tələb olunan investisiyalar hesablanıb və istixana qazı emissiyalarının azaldılması yolları təqdim edilib.
Dənizdə külək enerjisi üzrə Yol Xəritəsi

Dənizdə külək enerjisi üzrə Yol Xəritəsi

Bakı Enerji Forumunda Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə hazırlanmış Dənizdə külək enerjisi üzrə Yol Xəritəsi təqdim olunub. Forumun müvafiq sessiyasında Azərbaycanda dənizdə külək enerjisinin inkişaf potensialının təhlili, atılmalı olan addımlar, beynəlxalq əməkdaşlıq, texniki, iqtisadi, ekoloji, sosial aspektlər, məşğulluq və maliyyələşdirmə məsələləri müzakirə olunub. Bildirilib ki, Yol Xəritəsi Azərbaycanda dekarbonizasiya və dayanıqlı inkişaf prioritetlərinə uyğun olaraq uzunmüddətli perspektivdə infrastrukturun inkişafı və investisiya cəlb edilməsilə 2040-cı ilə qədər dənizdə 7.2 QVt ümumi qoyuluş gücündə külək elektrik qurğularının quraşdırmaq potensialının olduğunu göstərir. Bununla belə, sənəddə aşağı artım ssenarisinə də baxılır ki, bu ssenari üzrə potensial 1.5 QVt həcmində qiymətləndirilir.
Bərpa Olunan Enerji Mənbələrindən İstifadəyə Hazırlığın Qiymətləndirilməsi: Azərbaycan Respublikası

Bərpa Olunan Enerji Mənbələrindən İstifadəyə Hazırlığın Qiymətləndirilməsi: Azərbaycan Respublikası

Bərpa Olunan Enerji Mənbələrindən İstifadəyə Hazırlığın Qiymətləndirilməsi Azərbaycanın qanunvericilik və tənzimləmə çərçivəsinin təkmilləşdirilmə potensialını və habelə bərpa olunan enerji mənbələrinin maliyyələşdirmə variantlarını göstərir. Hazırda neft və qaz resurslarından asılı olmasına baxmayaraq, ölkənin geniş külək və günəş enerjisi ehtiyatları, biokütlə, geotermal və hidroenergetikanın inkişafı üçün mühüm perspektivləri var. Azərbaycan Respublikasının Energetika Nazirliyi bu tədqiqatı Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə birlikdə, bərpa olunan enerji sahəsinə gələcəkdə investisiyalarının əsasını qoymaq üçün aparmışdır.
Renewables Readiness Assessment: Republic of Azerbaijan

Renewables Readiness Assessment: Republic of Azerbaijan

This Renewables Readiness Assessment (RRA) highlights potential improvements to Azerbaijan’s legal and regulatory framework, as well as financing options for renewables. Despite current reliance on oil and gas, the country has excellent wind and solar resources, along with significant prospects for biomass, geothermal and hydropower development. The Ministry of Energy of Azerbaijan undertook this study in collaboration with the International Renewable Energy Agency (IRENA) to lay the foundations for renewable energy investment going forward. December 2019