- Azərbaycanın ilk Batareya Enerji Saxlanc Mərkəzləri
2025-ci ilin sentyabrında Azərbaycanda ilk dəfə “Azərenerji” ASC tərəfindən batareya enerji saxlanc sisteminin (BESS) qurulması üçün tikinti işlərinə başlanılır.🛈 2025-ci ilin dekabrında 125 MVt / 250 MVt-saat gücündə “Abşeron” və 125 MVt / 250 MVt-saat gücündə “Ağdaş” Batareya Enerji Saxlanc Mərkəzlərinin (ümumi gücü 250 MVt, ümumi enerji tutumu 500 MVt-saat) qurulmasına başlanılır.🛈
Saxlanc mərkəzləri paytaxta yaxın 500 kV-luq "Abşeron", eləcə də ölkənin mərkəz hissəsində yerləşən 220 kV-luq "Ağdaş" yarımstansiyalarının ərazilərində qurulub. Hər birinin çəkisi 36 ton olan saxlanc sistemləri Çin Xalq Respublikasının "Great Power" zavodunda sifariş əsasında yığılıb. Avadanlıqlar gəmilərə yükləndikdən sonra Sakit Okean, Hind Okeanı, Ölü dəniz, Süveyş kanalı, Aralıq dənizi və Egey dənizini keçərək, Türkiyənin Gemlik Limanına, oradan isə quru yolu ilə Türkiyə və Gürcüstan üzərindən Azərbaycana gətirilib.🛈
2026-cı ilin martın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərenerji” ASC-nin 125 MVt / 250 MVt-saat gücündə “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib. Layihə çərçivəsində “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin ərazisində 50 akkumulyator batareya və 13 invertor konteyneri quraşdırılıb.Beynəlxalq məsləhətçi şirkətlərin (ABŞ-nin TETRA Tech və Türkiyənin EPRA) apardıqları araşdırma Azərbaycanda təxminən 1850 MVt gücündə bərpaolunan enerji mənbələrinin təhlükəsiz şəkildə enerji sisteminə qoşulması üçün bu cür batareya sistemlərinin yaradılmasının zəruri olduğunu göstərib.🛈
Batareya Enerji Saxlama Mərkəzlərinin inşası ilə bağlı “Azərenerji” ASC ilə Türkiyənin "YEO Teknoloji Enerji ve Endüstri A.Ş." şirkəti arasında 90,5 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb. BESS-ləri "YEO Teknoloji Enerji ve Endüstri A.Ş." şirkətinin törəmə şirkəti olan "Reap Battery" dünyanın aparıcı batareya istehsalçılarından və Tier 1 siyahısında yer alan Çin Xalq Respublikasının "Great Power" ilə tərəfdaşlıq çərçivəsində yaradılan "ReapG" şirkəti inşa edib.
“Azərenerji” ASC ilə Türkiyənin "YEO Teknoloji Enerji ve Endüstri A.Ş." şirkəti arasında Azərbaycanda 250 MVt-saat gücündə yeni BESS-in qurulması ilə bağlı müqavilə imzalanıb. Layihə mühəndislik, tədarük, tikinti və maliyyələşdirməni əhatə edən EPC-F modeli üzrə həyata keçiriləcək. “Açar təslim” formatında reallaşdırılacaq layihənin ümumi dəyəri 58,6 milyon ABŞ dolları təşkil edir. Layihə çərçivəsində batareya sistemlərinin, Enerji Çevirmə Sisteminin (PCS), Batareya İdarəetmə Sisteminin (BMS) və Enerji İdarəetmə Sisteminin (EMS) mühəndisliyi, tədarükü, quraşdırılması və istismara verilməsi həyata keçiriləcək.🛈
- Naxçıvan MR-da enerji saxlama sistemlərinin inkişafı
“Azərenerji” ASC ilə Türkiyənin "YEO Teknoloji Enerji ve Endüstri A.Ş." şirkəti arasında Naxçıvan Muxtar Respublikasında 40 MVt-saat gücündə batareya enerji saxlanc sisteminin quraşdırılması üzrə 9,54 milyon ABŞ dolları dəyərində “açar təhvil” müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, YEO enerji saxlanc sisteminin mühəndislik, satınalma, quraşdırma və istismara verilməsi işlərini, həmçinin əlaqədar şəbəkə işlərini və sistemin mövcud günəş elektrik stansiyasına inteqrasiyasını həyata keçirəcək.🛈
- Müqavilələr
2023-cü ilin fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 1-ci iclası çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında “Azərbaycan Respublikasında enerji saxlanc sistemlərinin inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu” imzalanıb.
29 sentyabr 2023-cü il tarixində Naxçıvan şəhərində keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və “Naxçıvan – Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti arasında Batareya Enerji Saxlama Sistemi layihəsi üçün tədbirlər təqvimi (Yol xəritəsi) imzalanıb.
3 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında 200 MVt gücündə Batareya Enerji Saxlanc Sistemi layihəsi ilə bağlı İcra Müqaviləsi imzalanıb.
Yenilənib: Oktyabr 2026