Günəş enerjisi

Günəş enerjisi ilə bağlı bütün xəbərlərə baxın

230 MVt “Qaradağ” Günəş Elektrik Stansiyası 

Hüquqi çərçivə

  • 2020-ci il yanvarın 9-da Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun iştirakı ilə Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” (“Abu Dhabi Future Energy Company”) şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyasının tikintisinə dair İcra müqaviləsi imzalanıb. 
  • 2021-ci il aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" 2561 nömrəli Sərəncam imzalayıb.🛈
  • 2021-ci il aprelin 6-da Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.🛈

  • 2021-ci il iyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi üçün Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış müqavilənin təsdiq edilməsi haqqında" Sərəncam imzalayıb.🛈

Ərazi

“Qaradağ” GES-in tikintisi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 dekabr tarixli 470 nömrəli Qərarı ilə Bakı şəhəri, Qaradağ rayonu, Pirsaat qəsəbəsi ərazisində yerləşən dövlət ehtiyat fondu torpaqları kateqoriyasına aid 300,77 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.🛈

Təməlqoyma mərasimi

2022-ci ilin martın 15-də Bakıda Gülüstan sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazrouei tərəfindən “Qaradağ” GES-in təməli qoyulub.🛈

İstismar və açılış

2023-cü ilin oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir “Qaradağ” GES-i işə salıblar.🛈

İnvestisiya və maliyyələşmə

Stansiyanın investisiya dəyəri 262 milyon ABŞ dolları təşkil edir.

Enerji və ekoloji nəticələr

  • İllik istehsal: 500 milyon kVts;
  • Qənaət: 110 milyon m3 təbii qaz;
  • Qarşısı alınır: 200 min ton CO2

“Qaradağ” GES-də hər il təqribi 500 milyon kVts elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət edilir, 200 min ton həcmində karbon emissiyasının atmosferə atılmasının qarşısı alınır.🛈

Digər məlumatlar

  • Qafqaz və Xəzər regionlarının ən böyük bərpaolunan enerji stansiyası olan “Qaradağ” GES pilot layhə kimi istismara verilib. 
  • 2023-cü ilin mayın 16-da “Qaradağ” GES-də ilk günəş paneli quraşdırılıb.🛈 
  • “Masdar” şirkətinin törəməsi “Source Trading Company” və Çin Xalq Respublikasının “LONGi” şirkəti arasında imzalanan müqavilə əsasən, stansiyada hər iki üzü elektrik enerjisi istehsal edə bilən və hər birinin gücü 545-550 Vt olan 500 mindən çox günəş paneli quraşdırılıb.🛈
  • 2025-ci ilin oktyabr ayında “Qaradağ” GES-də 1 milyard kVts elektrik enerjisi istehsal olunub.🛈 



100 kVt “Böyükşor” üzən günəş elektrik stansiyası



2024-cü ilin iyulun 29-da Energetika Nazirliyi ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq çərçivəsində Asiya İnkişaf Bankının maliyyələşdirməsi ilə “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində Bakının Böyükşor gölündə 100 kVt gücə malik üzən fotovoltaik sistemin açılış mərasimi keçirilib. 95 kVt-ı suda, 5 kVt-ı quruda quraşdırılan layihə vasitəsilə illik 160 min kVts-dan çox elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Eksperimental qurğu ölkədə su hövzəsi üzərində istismara verilən ilk günəş elektrik stansiyasıdır.🛈

Pilot layihə çərçivəsində günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsi ilə milli potensialın gücləndirilməsi nəzərdə tutulur. Gələcəkdə su hövzələri üzərində iri həcmli layihələrin həyata keçirilməsi üçün araşdırmalar aparılır.


240 MVt “Şəfəq” Günəş Elektrik Stansiyası


Hüquqi çərçivə

  • 2021-ci il 3 iyun tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi və bp şirkəti arasında Zəngilan/Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb.🛈
  • 2022-ci il 4 iyun tarixində "Bakı Enerji Həftəsi" çərçivəsində Şuşa şəhərində Azərbaycan Respublikasının Energetika Nazirliyi və bp şirkəti arasında Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti addımların atılması məqsədilə 2021-ci il 3 iyun tarixində bağlanmış İcra Müqaviləsinə Əlavə imzalanıb. İcra Müqaviləsinə edilmiş Əlavə sənədinə əsasən, layihənin icrasında effektiv texniki və kommersiya həllinə nail olmaq üçün "Virtual Enerji Ötürülməsi Mexanizmi" (VPTA) adlı biznes model tətbiq ediləcək.🛈
  • 2023-cü il 20 sentyabr tarixində bp şirkəti və Azərbaycan İnvestisiya Şirkəti arasında Qoşulma Sazişi imzalanıb. Bu sənəd SOCAR-ın və Azərbaycan İnvestisiya Şirkətinin "Şəfəq" GES layihəsinə daxil olmaq niyyətini əks etdirir.🛈
  • 2024-cü il 20 fevral tarixində "AzərEnerji" ASC ilə və Səngəçal terminalının operatoru kimi bp şirkəti arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, tərəflər Səngəçal terminalının elektrikləşdirilməsini nəzərdə tutan layihə üçün texniki həll hazırlamaq məqsədilə birlikdə işləyəcək.🛈
  • “Şəfəq” GES-də istehsal olunacaq elektrik enerjisinin Azərbaycan Respublikasının karbonsuzlaşdırma siyasəti çərçivəsində Səngəçal terminalının tələbatının ödənilməsi üçün Səngəçal terminalının ötürücü şəbəkəyə qoşulmasını təmin etmək məqsədi ilə “Qoyuluş gücü 240 MVt olan “Şəfəq” günəş elektrik stansiyasının tikintisi layihəsinin həyata keçirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 aprel 2024-cü il tarixli 197s nömrəli Sərəncamı imzalanıb.
  • 2024-cü il 2 oktyabr tarixində bp şirkəti, “SOCAR Green” şirkəti və Azərbaycan İnvestisiya Şirkəti arasında Səhmdarlar Sazişi imzalanıb və bununla “Şəfəq (Cəbrayıl) Solar Limited” (SJSL) adlı yeni birgə müəssisə yaradılıb.🛈 
  • 2024-cü il 12 noyabr tarixində Bakıda keçirilmiş COP29 iqlim konfransı çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə “Şəfəq (Cəbrayıl) Solar Limited” şirkəti arasında İnvestisiya Müqaviləsi imzalanıb.🛈 
  • 2024-cü il 12 noyabr tarixində Bakıda keçirilmiş COP29 iqlim tədbiri çərçivəsində “Azərbaycan Respublikası Energetika Nazirliyi ilə “Şəfəq (Cəbrayıl) Solar Limited” şirkəti arasında “Torpaq İcarəsi Müqaviləsi” imzalanıb.🛈 
  • 2025-ci il 2 iyun tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində “Şəfəq” GES və Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihələri üzrə yekun investisiya sənədləri imzalanıb. (Yekun investisiya qərarına görə "Şəfəq (Cəbrayıl) Solar Limited" şirkətinin səhmdarları – bp (50,01 %), "SOCAR Green" (39,99 %) və Azərbaycan Biznesinin İnkişafı Fondu (10 %).🛈 
  • 2025-ci il 2 iyun tarixində "Bakı Enerji Həftəsi" çərçivəsində "Şəfəq (Cəbrayıl) Solar Limited" şirkəti ilə "Azerenerji" ASC arasında "Enerji alqı-satqı müqaviləsi" və "Ötürücü şəbəkəyə qoşulma müqaviləsi" imzalanıb. STEL layihəsi üzrə isə “Azerenerji” ASC ilə Səngəçal terminalının operatoru olan bp şirkəti arasında mühəndislik, təchizat, tikinti və quraşdırma işləri üzrə müqavilələr paketi, elektrik enerjisinin təchizatı müqaviləsi, həmçinin istismar və texniki xidmət müqaviləsi imzalanıb.🛈 
  • 2025-ci il 2 iyun tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində Səngəçal terminalının operatoru qismində bp, “Şəfəq (Cəbrayıl) Solar Limited” şirkəti və “Azerenerji” ASC arasında “Balanslaşdırma sazişi” imzalanıb.🛈 

    • 2025-ci il 2 iyun tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində Səngəçal terminalının operatoru qismində bp ilə “Azerenerji” ASC arasında “Elektrik enerjisinin alqı-satqısı” müqaviləsi imzalanıb.🛈 
    • 2026-cı ilin fevralında bp şirkəti “Şəfəq (Cəbrayıl) Solar Limited”dəki (SJSL) 10 %-lik iştirak payını Macarıstanın “MVM Energetika Zrt.” (MVM) şirkətinə satıldığını elan edib. Bundan sonra "Shafag Jabrayil Solar Limited" (SJSL) şirkətində pay bölgüsü belə olub: bp (40,01 %), "SOCAR Green" (39,99 %), Azərbaycan Biznesinin İnkişafı Fondu (10 %) və MVM (10 %).🛈

    Ərazi

    Stansiyanın tikintisi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 24 may tarixli 282 nömrəli Qərarı ilə Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid iki hissədən ibarət 940 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.🛈

    İnvestisiya və maliyyələşmə

    • İnvestisiya həcmi: təxminən 200 milyon ABŞ dolları

    Təməlqoyma mərasimi

    2024-cü ilin noyabrın 12-də Bakıda keçirilmiş COP29 iqlim konfransı çərçivəsində Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” GES-in təməlqoyma mərasimi keçirilib və simvolik olaraq stansiyanın ilk günəş paneli imzalanıb. 

    Enerji və ekoloji nəticələr

    “Şəfəq” GES-də illik təxminən 500 milyon kVts elektrik enerjisi istehsalı gözlənilir ki, bu da ildə 120-150 milyon m3 təbii qaza qənaət, 260-330 min ton karbon emissiyasının azaldılması deməkdir.

    • İllik istehsal: 500 milyon kVts; 
    • Qənaət: 120-150 milyon m3 təbii qaz;
    • Qarşısı alınır: 260-330 min ton CO2.

    Digər məlumatlar

    • Stansiya bütövlükdə bp şirkətinə məxsus olan “Lightsource bp” şirkəti tərəfindən, əsasən yerli resurslar hesabına tikiləcək və idarə olunacaq.
    • 2026-cı ilin aprelində “Şəfəq” GES-də günəş panellərinin quraşdırılmasına başlanılıb.🛈 
    • Stansiya işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk sənaye miqyaslı günəş enerjisi və ən böyük birbaşa xarici investisiya layihəsidir.🛈
    • 2026-cı il 9 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Soltanlı kəndində “AzərEnerji” ASC-nin 330 kV-luq “Şəfəq” yarımstansiyasının açılışında iştirak edib.🛈 
    • “Virtual Enerji Ötürülməsi Mexanizmi”nin (VPTA) tətbiqi ilə “Şəfəq” GES-də istehsal edilən elektrik enerjisi Cəbrayılda “Azərenerji” ASC-yə, “Azərenerji” ASC tərəfindən eyni həcmdə elektrik enerjisi Bakıda Səngəçal terminalına ötürüləcək. Bununla da Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50 % azaldılmasına imkan yaradılacaq.
    • “Şəfəq” GES-in tikintisinin 2027-ci ilin ortalarına qədər yekunlaşması gözlənilir. 



    445 MVt “Biləsuvar” Günəş Elektrik Stansiyası



    Hüquqi çərçivə

    • 2022-ci il 4 iyun tarixində "Bakı Enerji Həftəsi" çərçivəsində Şuşa şəhərində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında “Azərbaycan Respublikasında quruda sənaye miqyaslı 1 GVt gücündə günəş və 1 GVt gücündə külək enerjisi layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı" İcra Müqaviləsi imzalanıb.🛈 
    • 2024-cü il 4 iyun tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 445 MVt gücündə “Biləsuvar” GES layihəsi üzrə “İnvestisiya müqaviləsinə Əlavə”, “Enerji alqı-satqı müqaviləsi”, “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” və “Torpaq icarə müqaviləsi” imzalanıb.🛈 
    • 2024-cü il 16 noyabr tarixində Bakıda keçirilmiş COP29 iqlim tədbiri çərçivəsində “SOCAR Green” MMC, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur və İnvestisiya Bankı arasında “Biləsuvar” GES layihəsinin maliyyələşdirilməsi üzrə sənədlər imzalanıb.🛈 

    Ərazi

    Stansiyanın tikintisi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 aprel 2024-cü il tarixli 212 nömrəli qərarı ilə Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 1454 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.🛈

    Təməlqoyma mərasimi

    2024-cü il iyunun 4-də “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir “Biləsuvar” GES-in təməlini qoyublar.🛈  

    Enerji və ekoloji nəticələr

    “Biləsuvar” GES istismara verildikdən sonra təxminən 75 min ev təsərrüfatını təmiz elektrik enerjisi ilə təmin edəcək. Layihə eyni zamanda ildə 427 min tondan çox karbon qazı (CO₂) emissiyasının qarşısını almağa imkan yaradacaq.

    • İllik istehsal: 867 milyon kVts; 
    • Qarşısı alınır: 427 min ton CO2.

    Digər məlumatlar

    • 2025-ci ilin avqustunda stansiyada tikinti işlərinə başlanılıb.🛈 2025-ci 2 oktyabr tarixində “Biləsuvar” GES-də ilk günəş paneli quraşdırılıb.🛈
    • Stansiyada Çin Xalq Respublikasının “JA Solar” şirkətinin istehsalı olan və gücü 625-630 Vt təşkil edən "DeepBlue 4.0 Pro" 943 min günəş panelinin quraşdırılması nəzərdə tutulur. Stansiya 8131 ədəd tək oxlu izləmə sistemi ilə təchiz olunacaq.🛈



    315 MVt “Neftçala” Günəş Elektrik Stansiyası


    Hüquqi çərçivə

    • 2022-ci il 4 iyun tarixində "Bakı Enerji Həftəsi" çərçivəsində Şuşa şəhərində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında “Azərbaycan Respublikasında quruda sənaye miqyaslı 1 GVt gücündə günəş və 1 GVt gücündə külək enerjisi layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı" İcra Müqaviləsi imzalanıb.🛈 
    • 2024-cüil 4 iyun tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində Energetika Nazirliyi və”Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 315MVt gücündə “Neftçala” GES layihəsi üzrə “İnvestisiya müqaviləsinə Əlavə”, “Enerji alqı-satqı müqaviləsi”, “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” və “Torpaq icarə müqaviləsi” imzalanıb.🛈 
    • 2024-cü il 16 noyabr tarixində Bakıda keçirilmiş COP29 iqlim konfransı çərçivəsində “SOCAR Green” MMC, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur və İnvestisiya Bankı arasında “Neftçala” GES layihəsinin maliyyələşdirilməsi üzrə sənədlər imzalanıb.🛈 

    Ərazi

    Stansiyanın tikintisi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 aprel 2024-cü il tarixli 211 nömrəli Qərarı ilə Neftçala rayonunun inzibati ərazisində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin istifadəsində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 523 hektar torpaq sahəsi Azərbaycan Respublikası Energetika Nazirliyinin istifadəsinə verilməklə, Neftçala rayonu Yenikənd Bələdiyyəsinin mülkiyyətində olan 400 hektar və Neftçala Bələdiyyəsinin mülkiyyətində olan 50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə birlikdə, ümumilikdə 973 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.🛈

    Təməlqoyma mərasimi

    2024-cü il 4 iyun tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir “Neftçala” GES-in təməlini qoyublar.🛈

    Digər məlumatlar

    • Stansiyada Çin Xalq Respublikasının "JA Solar" şirkətinin istehsalı olan "DeepBlue 4.0 Pro" günəş panellərinin quraşdırılması nəzərdə tutulur.🛈
    • Layihə üzrə müvafiq işlər davam etdirilir.



    100 MVt “Qobustan” Günəş Elektrik Stansiyası

     



    İlk bərpa olunan enerji hərracı

    • 2024-cü il 22 aprel tarixində Energetika Nazirliyi tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyasının layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və istismarı üzrə hərracın keçirilməsi ilə bağlı elan verilib.🛈
    • Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nın 6.4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının energetika nazirinin 2024-cü il 25 aprel tarixli Əmri ilə bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi üçün aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Hərrac Komissiyası yaradılıb. Hərrac açıq auksion formasında, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi (RFQ) və təkliflər sorğusu (RFP) mərhələsi olmaqla 2 mərhələdə həyata keçirilib. 2024-cü il 20 noyabr tarixində hərracın dinamik mərhələsi baş tutub.
    • 2024-cü il noyabr 21-də Bakıda keçirilən COP29 iqlim konfransı çərçivəsində Azərbaycanın ilk bərpa olunan enerji hərracının qalibi hərracda ən aşağı tarif təklifi verən Çin Xalq Respublikasının “Universal International Holdings Limited” şirkəti elan edilib (3.540 sent/kVts və ya 6.018 qəpik/kVts).🛈

    Hüquqi çərçivə

    • 2025-ci il 24 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə səfəri çərçivəsində Azərbaycan Respublikasının Hökuməti ilə Çin Xalq Respublikasının “Universal International Holdings Limited” şirkətinin törəməsi “Universal Solar Azerbaijan” MMC arasında layihə ilə bağlı İnvestisiya Müqaviləsi imzanalıb.🛈
    • 2025-ci il 2 iyun tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində Energetika Nazirliyi ilə “Universal Solar Azerbaijan” MMC arasında 100 MVt gücündə “Qobustan” GES layihəsi üzrə “Torpaq icarə müqaviləsi”, “Universal Solar Azerbaijan” MMC ilə "Azərenerji" ASC arasında “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.🛈

    Ərazi

    Stansiyanın tikintisi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 dekabr 2023-ci il tarixli 470 nömrəli qərarı ilə Bakı şəhəri, Qaradağ rayonu, Pirsaat qəsəbəsi ərazisində yerləşən dövlət ehtiyat fondu torpaqları kateqoriyasına aid 300,77 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.🛈

    İnvestisiya və maliyyələşmə

    Ümumi investisiya həcmi təxminən 51 milyon ABŞ dolları qiymətləndirilir. 

    Təməlqoyma mərasimi

    İstismar və açılış

    2026-cı ilin sentyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Qaradağ rayonunda 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib.🛈

    Enerji və ekoloji nəticələr

    Stansiyada hər il təxminən 260 milyon kVts elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 57 milyon m3 həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 124 min ton azaltmağa imkan verəcəkdir.🛈 

    • İllik istehsal: 260 milyon kVts;
    • Qənaət: 57 milyon m3 təbii qaz;
    • Qarşısı alınır: 124 min ton CO2

    Digər məlumatlar

    • Layihə üzrə tikinti işlərinə 2025-ci ilin may ayında başlanıb. Tikinti işləri əsasən yerli şirkətlər tərəfindən həyata keçirilib. 2025-ci il 3 dekabr tarixində stansiyada ilk günəş paneli quraşdırılıb.🛈 
    • Çinin “JinkoSolar” şirkəti ilə "HuanTai Energy" (“Universal Energy”) arasında imzalanmış müqaviləyə əsasən, stansiyada “JinkoSolar” tərəfindən hazırlanmış "TOPCon N" tipli panellərdən istifadə olunur.🛈 



    50 MVt “Şəms” Günəş Elektrik Stansiyası


    Hüquqi çərçivə

    • 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 iqlim tədbiri çərçivəsində “Clean Energy Cəbrayıl” MMC və “Baku Steel Company” arasında günəş enerjisi təchizatı haqqında Anlaşma Memorandumu imzalanıb. Anlaşma çərçivəsində "Clean Energy Cəbrayıl" MMC "Baku Steel Company"ə mövcud elektrik şəbəkəsi vasitəsilə bərpa olunan enerji təchiz edəcək.🛈 

    • 2025-ci il 4 aprel tarixində Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclası çərçivəsində Azərbaycan Respublikası Hökuməti və “Clean Energy Jabrayil” MMC arasında Azərbaycan Respublikasında 50 MVt gücündə “Şəms” GES layihəsi üzrə İnvestisiya Müqaviləsi imzalanıb.🛈
    • 2025-ci il 2 iyun tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “Clean Energy Cəbrayıl” MMC arasında “Şəms” GES layihəsi üzrə “Torpaq icarə müqavilə”si imzalanıb.🛈 

      • 2025-ci il 2 iyun tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində “Azərenerji” ASC ilə “Clean Energy Cəbrayıl ” MMC arasında “Şəms” GES layihəsi üzrə “Enerji alqı-satqı müqavilə”si və “Ötürücü şəbəkəyə qoşulma müqavilə”si imzalanıb.🛈 

        • 2025-ci il 2 iyun tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində “Azərenerji” ASC, “Norm” ASC və “Clean Energy Cəbrayıl ” MMC arasında “Şəms” GES layihəsi üzrə  “Balanslaşdırma müqaviləsi” imzalanıb.🛈 

        Ərazi

        Stansiya Cəbrayıl rayonunun inzibati ərazisində 135 hektardan çox bərpa olunan enerji mənbələri ərazisində yerləşir.

        "Şəms" GES-in tikintisi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 oktyabr 2024-cü il tarixli qərarı ilə Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid 229 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.🛈 

        İnvestisiya və maliyyələşmə

        Layihənin dəyəri 63 milyon manat təşkil edir.

        Təməlqoyma mərasimi

        2025-ci il 28 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Şahvəlli kəndində “Şəms” GES-in təməlini qoyub.🛈 

        Enerji və ekoloji nəticələr

        Stansiyanın illik istehsal həcmi 100 milyon kVts təşkil edəcək.

        Digər məlumatlar

        • Enerji satışı “Azərenerji” ASC vasitəsilə Virtual Enerji Mübadiləsi şəklində olacaq. Bu, Azərbaycanda ilk yerli özəl investor və özəl şirkətlər arasında bağlanmış sənaye miqyaslı virtual enerji alqı-satqı (VPPA) müqaviləsidir. Enerji alıcısı qismində iki yerli özəl şirkət və “Azərenerji” ASC çıxış edir.🛈

        • Layihə üzrə müvafiq işlər davam etdirilir.



        “Üfüq” Günəş Elektrik Stansiyası 


        Hüquqi çərçivə

        • 2023-cü il 3 iyun tarixində "Bakı Enerji Həftəsi" çərçivəsində Naxçıvanda Energetika Nazirliyi ilə "Nobel Energy Management" şirkəti arasında "Naxçıvan Muxtar Respublikasında 400 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və istehsal ediləcək elektrik enerjisinin Türkiyə Respublikasına ixracı üzrə əməkdaşlığa dair" Anlaşma Memorandumu imzalanıb.🛈
        • 2024-cü il 1 mart tarixində Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclası çərçivəsində Energetika Nazirliyi ilə “Nobel Energy” şirkəti arasında 100 MVt gücündə Günəş elektrik stansiyasının tikintisi, eləcə də elektrik enerjisinin istehsalı, satışı və istehlakı sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.🛈 
        • 2025-ci il 4 aprel tarixində Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclası çərçivəsində Azərbaycan Respublikası Hökuməti və “Enerso Jabrayil” MMC arasında Azərbaycan Respublikasında 50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya Müqaviləsi imzalanıb.
        • 2025-ci il 2 iyun tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “Enerso Jabrayil” MMC arasında “Üfüq” GES layihəsi ilə bağlı “Torpaq icarə müqavilə”si imzalanıb.🛈
        • 2025-ci il 2 iyun tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində “Azərenerji” ASC ilə “Enerso Jabrayil” MMC arasında “Üfüq” GES layihəsi üzrə “Enerji alqı-satqı müqavilə”si və “Ötürücü şəbəkəyə qoşulma müqavilə”si imzalanıb.🛈

          2025-ci il 2 iyun tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində “Azərenerji” ASC, “Norm” ASC və “Enerso Jabrayil” MMC arasında “Üfüq” GES layihəsi üzrə “Balanslaşdırma müqaviləsi” imzalanıb.🛈

        Ərazi

        “Üfüq” GES-in tikintisi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 oktyabr 2024-cü il tarixli qərarı ilə Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid 229 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.🛈 Stansiya Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid müəyyən edilmiş 93 hektardan çox bərpa olunan enerji mənbələri ərazisində yerləşəcək.

        Təməlqoyma mərasimi

        2025-ci il 28 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Şahvəlli kəndində “Üfüq” GES-in təməlini qoyub.🛈

        Digər məlumatlar

        Layihə üzrə müvafiq işlər davam etdirilir.


        “Şəms 1” Günəş Elektrik Stansiyası 

        Hüquqi çərçivə

        • 2026-cı il 23 fevral tarixində Azərbaycan Respublikası Hökuməti və “Azərenerji” ASC ilə “CEİ Naxçıvan” MMC arasında Naxçıvan Muxtar Respublikasında 25 MVt gücündə “Şəms 1” Günəş Elektrik Stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.🛈

        Ərazi

        Layihə müəyyən edilmiş bərpa olunan enerji mənbələri ərazisində 52 hektar sahədə həyata keçirilir.

        Enerji və ekoloji nəticələr

        Stansiyanın istismara verilməsindən sonra illik təxminən 57 milyon kilovat-saat elektrik enerjisinin istehsal olunacağı və 19 minə yaxın ev təsərrüfatının enerji ilə təmin ediləcəyi planlaşdırılır. Bununla da ildə təxminən 26 min ton karbon qazı emissiyasının qarşısı alınacaq və 12 milyon kubmetr təbii qaza qənaət ediləcək.🛈

        Digər məlumatlar

        Layihənin investoru “Clean Energy Invest”  MMC,  Mühəndislik, Təchizat və Tikinti (EPC) üzrə podratçısı isə Türkiyənin “Mensis Enerji Sanayi ve Dış Ticaret A.Ş.” şirkətidir. Stansiyanın tikintisinə 2026-cı ilin may ayında başlanılıb. “CEİ Naxçıvan” MMC tərəfindən artıq 10 MVt gücündə günəş panellərinin quraşdırılması başa çatdırılıb. Şəbəkə infrastrukturunun inşası yekunlaşdıqdan sonra stansiya istismara veriləcək. Hazırda layihənin icrasında 218 nəfər işçi çalışır ki, onların 110 nəfəri yerli işçilərdir.🛈

        Layihə üzrə müvafiq işlər davam etdirilir.


        “Qərbi Üfüq” Günəş Elektrik Stansiyası 

        Hüquqi çərçivə

        • 2025-ci il 4 aprel tarixində Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclası çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Nobel Energy Limited” şirkəti arasında Naxçıvan şəhərində 30 MVt gücündə günəş elektrik stansiyasının qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi imzalanıb.🛈
        • 2026-cı il 23 fevral tarixində Azərbaycan Respublikası Hökuməti və “AzərEnerji” ASC ilə “Enerso” MMC arasında 25 MVt gücündə “Qərbi Üfüq” GES layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.🛈

        Enerji və ekoloji nəticələr

        Bu stansiyadan illik 61 milyon kilovat-saat elektrik enerjisi istehsalı gözlənilir ki, bu da 12 milyon kubmetr qaza qənaət edilməsinə, 26 min ton karbon emissiyasının azaldılmasına imkan yaradacaq.🛈

        Digər məlumatlar

        Layihə üzrə müvafiq işlər davam etdirilir.



        Yenilənib: Oktyabr 2026