“Xızı-Abşeron”
Külək Elektrik Stansiyası
Hüquqi çərçivə
- 2020-ci il 9 yanvar tarixində
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun iştirakı ilə Energetika
Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti
arasında Xızı və Abşeron rayonlarının ərazisində 240 MVt gücündə külək elektrik
stansiyasının tikintisinə dair İcra müqaviləsi imzalanıb.
- 2020-ci il 28 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" 2366 nömrəli Sərəncam imzalayıb. 2020-ci il 29 dekabr tarixində “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 dekabr tarixli 2366 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 721s nömrəli Sərəncamı imzalanıb.
- 2020-ci il 29 dekabr tarixində Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. 2021-ci il 30 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Azərbaycan Respublikasında Ərazi 1 və Xızı 3 Külək Enerjisi Layihəsi haqqında İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
- 2024-cü il 20 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.🛈
- 2024-cü il 27 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.🛈
Ərazi
“Xızı-Abşeron” KES-in tikintisi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 yanvar tarixli 19 nömrəli Qərarı ilə Abşeron rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 8,0052 hektar, Abşeron rayonu Pirəkəşkül-Qobustan Bələdiyyəsinin mülkiyyətində 6,1763 hektar, Xızı rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 3,7665 hektar və Xızı rayonu Sitalçay Bələdiyyəsinin mülkiyyətində 18,8293 hektar olmaqla, ümumilikdə 36,7773 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.🛈
Təməlqoyma mərasimi
2022-ci il 13 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud stansiyanın təməlini qoyublar.🛈
İstismar və açılış
2026-cı il 8 yanvar tarixində Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və "ACWA Power" şirkətinin təsisçisi və İcraçı direktoru Məhəmməd Əbunəyyan "Xızı-Abşeron" Külək Elektrik Stansiyasını işə salıbar.🛈
İnvestisiya və maliyyələşmə
“Xızı-Abşeron” KES-in tikintisi üçün “ACWA Power” şirkətinə Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən 197,1 milyon ABŞ dolları (186,9 milyon avro), OPEC Fondu tərəfindən 50 milyon ABŞ dolları kredit ayrılıb.
Enerji və ekoloji nəticələr
Stansiyanın ildə təqribən 1 milyard kVts elektrik enerjisi istehsal edilir ki, bu da 220 milyon kub metr təbii qaza qənaət olunmasına və 400 min tondan artıq CO2-in atmosferə atılmasının qarşısının alınmasına imkan yaradır.
Ümumi məlumat
2024-cü ilin avqust ayında külək
turbinlərinin ilk komponentləri Bakı Gəmiqayırma Zavoduna çatdırılıb.🛈
2024-cü ilin noyabr ayında
stansiyada tikinti-quraşdırma işlərinə başlanılıb.🛈 İlk turbinlər Abşeron ərazisində inşa
edilib.🛈
2025-ci ilin avqust ayında stansiya test rejimində enerji istehsalına başlayıb.🛈 2025-ci ilin noyabr ayında stansiyada turbinlərin quraşdırılması işləri başa çatdırılıb.🛈
Çindən Xəzər dənizinə, Azərbaycana qədər olan 9 200 km-lik daşınma marşrutu quruda külək enerjisi avadanlıqlarının daşınması üzrə qlobal rekord müəyyənləşdirib.🛈
Layihə çərçivəsində Xızı rayonunun
Sitalçay qəsəbəsində hər birinin gücü 6,5 MVt olan 25 ədəd turbin, Abşeron
rayonunun Pirəkəşkül qəsəbəsində hər birinin gücü 6,5 MVt olan 12 ədəd turbin
olmaqla ümumilikdə 37 turbin quraşdırılıb. Bir turbin təxminən 8 500 evin
elektrik enerjisi tələbatını qarşılayır. Layihədə istifadə olunan model
“Envision EN‑171/6.5” turbinidir. Turbin pərlərinin uzunluğu 84 metr, qüllənin
hündürlüyü isə 100 metr təşkil edir.🛈
Eyni zamanda stansiyanın Xızı
sahəsində 220/33 kV-luq yarımstansiya, 1 ədəd ölçü-müşahidə stansiyası və 13
ədəd quşların mühafizə sistemi, Abşeron sahəsində 220/33 kV-luq yarımstansiya,
1 ədəd ölçü-müşahidə stansiyası və 7 ədəd quşların mühafizə sistemi də
quraşdırılıb. Ərazilərdə quraşdırılan detektor texnologiyası quşların
qorunması məqsədilə tətbiq edilən qabaqcıl, süni intellektə əsaslanan həllərdən
biridir. Bu sistem yüksək dəqiqlikli optik sensorlar və real vaxt rejimində
görüntü analizi vasitəsilə turbinlərə yaxınlaşan quşları aşkar edir, tanıyır və
onların uçuş trayektoriyasını izləyir. Qorunan quş növləri stansiyanın ərazisinə
daxil olduqda, sistem avtomatik olaraq turbinlərin iş rejimini tənzimləyir və
ya müvəqqəti dayandırır. Nəticədə, quşlarla toqquşma riski əhəmiyyətli dərəcədə
azalır və stansiyanın ekoloji məsuliyyət prinsiplərinə uyğun fəaliyyəti təmin
olunur. Bu isə biomüxtəlifliyin qorunmasına yönəlmiş yanaşmanı əks etdirir.
“Abşeron-Qaradağ” Külək Elektrik Stansiyası
Hüquqi çərçivə
- 2022-ci il 4 iyun tarixində
"Bakı Enerji Həftəsi" çərçivəsində Şuşa şəhərində Azərbaycan
Respublikasının Energetika Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”
şirkəti arasında “Azərbaycan Respublikasında quruda sənaye miqyaslı 1 GVt
gücündə günəş və 1 GVt gücündə külək enerjisi layihələrinin qiymətləndirilməsi,
inkişafı və həyata keçirilməsi ilə bağlı" İcra Müqaviləsi imzalanıb.🛈
- 2024-cü il 4 iyun tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında “Abşeron-Qaradağ” KES layihəsi üzrə “İnvestisiya müqaviləsinə Əlavə”, “Enerji alqı-satqı müqaviləsi”, “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” və “Torpaq icarə müqaviləsi” imzalanıb.
Ərazi
Stansiyanın tikintisi məqsədilə
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 aprel 2024-cü il tarixli 210
nömrəli qərarı ilə Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində dövlət
mülkiyyətində 3,375 hektar, Abşeron rayonunun inzibati ərazisində dövlət
mülkiyyətində 19,875 hektar və Abşeron rayonu Pirəkəşkül-Qobustan Bələdiyyəsinin
mülkiyyətində 11,25 hektar olmaqla, ümumilikdə kənd təsərrüfatı təyinatlı
torpaqlar kateqoriyasına aid 34,5 hektar torpaq sahəsi bərpa olunan
enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.🛈
Təməlqoyma mərasimi
4 iyun 2024-cü il tarixində “Bakı
Enerji Həftəsi” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri
Sultan Əhməd Əl Cabir “Abşeron-Qaradağ” KES-in təməlini qoyublar.🛈
Ümumi məlumat
Layihə üzrə müvafiq işlər davam
etdirilir.
"Qaradağ"
Külək Elektrik Stansiyası
2024-cü il 1 mart tarixində Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclası çərçivəsində Energetika Nazirliyi və İspaniyanın “Elecnor” şirkəti arasında Azərbaycanda bərpa olunan enerji layihəsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd Qaradağ rayonunda 70 MVt gücündə külək elektrik stansiyası layihəsinin həyata keçirilməsi sahəsində əməkdaşlığı əhatə edir. Bu çərçivədə külək ölçmə məlumatlarının toplanması və təhlili, həmçinin enerji saxlanc sistemi də daxil olmaqla, külək və günəş enerjisi layihələrinin inkişafı üzrə də əməkdaşlıq ediləcək.
Yenilənib: Oktyabr 2026