“TotalEnergies”in icraçı direktoru: “Naxçıvanın innovativ enerji sahəsində potensialı böyükdür”

3 iyun 2023, 23:05 (UTC+4)
ÖLKƏ YAŞIL ENERJİ ZONASI
EDITOR
image

“Naxçıvan möhtəşəm diyardır. Burada olduğum üçün şadam. Biz inanırıq ki, Naxçıvanın innovativ enerji sahəsində böyük potensialı var”.

Renewables.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində “TotalEnergies”in icraçı direktoru Reqis Aqut deyib.

“Biz muxtar respublika ərazisində günəş panellərinin quraşdırılmasında maraqlıyıq və bu sahədə araşdırma işlərini sürətləndirməyə ümid edirik. İmzaladığımız memorandum da bu potensialı araşdırmağa hesablanıb. Ümid edirəm ki, bu layihə Naxçıvanı yaşıl enerji zonasına çevirəcək və böyük ixrac potensialı yaranacaq”, - o diqqətə çatdırıb.

OXŞAR XƏBƏRLƏR