Prezident Naxçıvanda 100 MVt-lıq enerji saxlama sisteminin qurulacağını açıqladı

AZƏRBAYCAN ENERJİ SAXLANC SİSTEMİ YAŞIL ENERJİ ZONASI

EDITOR 12 avqust 2026, 17:42 (UTC+4)
image
Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti

Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib, Naxçıvan da yaşıl enerji zonasıdır.

Renewables.az Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bu sözləri dövlət başçısı İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində deyib.

"Bu gün burada istehsal olunan enerjinin əksəriyyəti bərpaolunan enerji hesabınadır. Biz artıq 250 meqavatlıq iki batareya saxlanc qurğusunu yaratmışıq. Mən göstəriş verdim ki, Naxçıvanda da birinci mərhələdə ən azı 100 meqavatlıq batareya saxlanc qurğusu qurulsun. Çünki burada da bərpaolunan enerji - Günəş və su elektrik stansiyaları işləyir. Ona görə bu enerjiləri yığmaq üçün gərək bu müasir texnologiyalardan istifadə edək", - Prezident deyib.

OXŞAR XƏBƏRLƏR