Avropa İttifaqı (Aİ) Azərbaycanın enerji keçidini dəstəkləmək üçün özəl investisiyaları və maliyyələşməni səfərbər etməyə hazırdır.
Bu barədə Aİ Şurasının Prezidenti Antonio Koşta Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.
"Biz, həmçinin Avropanın təmiz texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərini sizin geniş planınızda daha fəal iştirak etməyə çağırırıq", - o qeyd edib.
